Bəşşar Əsəd: ABŞ qüvvələri Suriyanı tərk etməlidir
Suriya prezidenti Bəşşar Əsəd amerikalıların ölkəsini tərk etməsini istəyərək, İraqda üzləşdikləri rəftardan dərs almalarını istəyib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd çərşənbə axşamı Raşa Tudey kanalına verdiyi müsahibədə deyib: Suriya ordusunun terrorçular qarşısındakı uğurları ilə Amerika, İsrail və bəzi qərb dövlətləri Suriyadakı savaşın daha da uzanmasına çalışırlar. Onlar buna terrorçuları himayə etmək, daha çox terrorçunu Suriyaya cəzb etmək və ölkədəki siyasi proseslərin inkişafına mane olmaq yolu ilə nail olmaq istəyirlər.
Bəşşar Əsəd həmçinin deyib: Hələb, Deyrəzzur, Homs və Dəməşqin azad edilməsindən sonra, artıq, Amerika və İsrail Suriyakı ən böyük əlaltıları olan Ənnüsrə Cəbhəsi və İŞİD-i itiriblər. Buna görə də indi növbəti "kart"ı işə salmaq istəyirlər. Bu "kart" isə "Suriya Demokratik Qüvvələri" adlı qrupdr.
Suriya prezidenti həmçinin deyib: Suriya Demokratik Qüvvələri ilə danışıqların nəticəsiz qalacağı təqdirdə, bu qüvvələrin işğalı altında olan ərazilərin azad edilməsi üçün gücdən istifadə edəcəyik.
Bəşşar Əsəd əlavə edib: İsrailin iddialarının əksinə olaraq Suriyada İran qüvvələri yoxdur. Sadəcə İranın hərbi attaşeləri Suriyadadırlar. Və Suriya İsrailin hava hücumları ilə mübarizə aparmaq üçün hava hücumundan müdafiəni gücləndirməyi davam etdirəcək.