İordaniyada tətillər davam edir
İordaniya baş nazirinin istefa verməsinə rəğən bu ölkənin paytaxtı və digər şəhərlərində hökumətə qarşı geniş etirazlar davam edir.
Əl-Aləm telekanalının verdiyi məlumata görö, İordaniyanın müxtəlif bölgələri, hökumətin iqtisadi siyasətlərinə qarşı geniş etiraz aksiyalarıının şahidi olub. Bu etirazlar elə bir şəraitdə davam etdirilir ki, Hani Əl-Molqinin başçılıq etdiyi hökumət istefa verib və Ömər Rəzaz yeni hökumət qurmaq üçün əmr alıb.
İordaniya paytaxtı Omanda minlərlə sakin digər şəhərlərlə bərabər geniş etiraz aksiyası təşkil edib və iqtisadi siyasətlərə öz etirazını bildirib. Aksiyaçılar gəlirə verginin götürülməsi, əsas istehlak malları və yanacağın qiymətinin artırılmasına dair qərarın ləğv edilməsini tələb edirlər.
Aksiyaçılar bəzi şüarlarda bəzi dövlət rəsmilərini xalqa qarşı məkirli planda ittiham edirlər.