Suriyalı qırıcılar terrorçuların mövqelərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312002-suriyalı_qırıcılar_terrorçuların_mövqelərinə_hücum_ediblər
Suriya ordusunun qırıcıları terrorçuların İdlib vilayətinin məntəqələrindəki mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 11:54 Asia/Baku
  • Suriyalı qırıcılar terrorçuların mövqelərinə hücum ediblər
    Suriyalı qırıcılar terrorçuların mövqelərinə hücum ediblər

Suriya ordusunun qırıcıları terrorçuların İdlib vilayətinin məntəqələrindəki mövqelərini hədəfə alıblar.

Bu əməliyyatda suriyalı qırıcılar terrorçuların İdlibin ətrafındakı mövqelərini bombalayıb və onların azı üç qərargahını dağıdıblar.

Belə bir halda suriyalı mənbələr bildiriblər ki, İdlib vilayətinin şiə sakinli "Fuə və Kəfəriyya" qəsəbələrinin müdafiəçilərindən altı nəfər Təhrirulşam terror ünsürləri ilə döyüşdə öldürülübdür.

"Fuə və Kəfəriyya" qəsəbələri müdafiəçilərinin Təhrirulşam terror qrupu və onun tabeliyində olan qruplar ilə döyüşləri üç gün bundan öncədən başlanıbdır.