Əl-Əzhər Quranı hədəfə alan fitnəyə reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312486-Əl_Əzhər_quranı_hədəfə_alan_fitnəyə_reaksiya_verib
Misirin Əl-Əzhər Universitetinin şeyxi Fransada Quran əleyhinə yol verilən son fitnəyə reaksiya olaraq, bəzi ayələrin Qurandan çıxarılmasına dair istəyi kəskin formada qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2018 16:56 Asia/Baku
  • Əl-Əzhər Quranı hədəfə alan fitnəyə reaksiya verib
    Əl-Əzhər Quranı hədəfə alan fitnəyə reaksiya verib

Misirin Əl-Əzhər Universitetinin şeyxi Fransada Quran əleyhinə yol verilən son fitnəyə reaksiya olaraq, bəzi ayələrin Qurandan çıxarılmasına dair istəyi kəskin formada qınayıb.

Əl-Cəzirə kanalının verdiyi məlumata görə, Əl-Əzhər şeyxi Əhməd Ət-Təyyib Fransada bir qrup siyasətçinin bəzi ayələrin Qurandan çıxarılmasına dair petisiya başlatmasına reaksiya olaraq, deyib: Terrorizmin formalaşmasına və insanları başqalarının qanını axıtmağa təhrik edən Quran ayələri yox, başqalarının müqəddəslərinə qarşı bu kimi hörmətsizlik və təhqiramiz hərəkətlərdir. 

Ət-Təyyib həmçinin deyib: Quranda yəhudilər və xristianların qətlə yetirilməsinə dair hansısa ayə yoxdur. Quran ayələri təcavüzkarlara qarşı mübarizə aparmağa dəvət edir.