Ərəbistan qırıcıları əl-Hüdeydəni bombaladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313546-Ərəbistan_qırıcıları_əl_hüdeydəni_bombaladı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri şənbə gecə Yəmənin qərbində əl-Hüdeydə vilayətinin cənubunda yaşayış massivlərini bir neçə dəfə bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 04:46 Asia/Baku
  • Ərəbistan qırıcıları əl-Hüdeydəni bombaladı
    Ərəbistan qırıcıları əl-Hüdeydəni bombaladı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri şənbə gecə Yəmənin qərbində əl-Hüdeydə vilayətinin cənubunda yaşayış massivlərini bir neçə dəfə bombalayıblar.

İRİB-in məlumatına görə, bu hücumda həlak olanların və dəyən xəsarət haqda məlumat verilməyib. 

Səudiyyə rejimi qırıcıları cümə gecə də əl-Hüdeydənin müxtəlif bölgələrini bir neçə dəfə bombalayıblar. 

Bu hücumlarda azı 2 sivil həlak olub, 28 nəfər yaralanıb. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 13 iyunda Yəmənin qərbində əl-Hüdeydə limanını işğal etmək üçün irimiqyaslı hücumlara başlayıb. 

Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üçün əsas yoldur. 

BMT əl-Hüdeydə liman şəhərində baş verən hadisələrdən nigaran olduğunu bildirib.