İyun 17, 2018 13:31 Asia/Baku
  • Haarets: İsrail Qəzzənin iqtisadiyyatını məhv edib
    Haarets: İsrail Qəzzənin iqtisadiyyatını məhv edib

Haarets qəzeti yazıb: İsrail ordusu Qəzzəyə doğru davamlı atəşlər açaraq, bu bölgəyə qarşı məhdudiyyətlər tətbiq edərək, balıqçıların qayıqlarını müsadirə və məhv edərək onun iqtisadiyyatını məhv edib.

İRİB-in məlumatına görə, sionist Haarets qəzeti Yanio Koboviçin qələmə aldığı məqalədə bildirib: Qəzzə əhalisinin təxminən 90%-nin yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bir halda, balıqçılar bu bölgə sakinlərinin həyat axarı üçün əsaslı rola malikdirlər. 

Sionist qəzet bildirib: İsrail dəniz qüvvələrinin tam mühasirəsində olan Qəzzə sakinləri və onların arasında balıqçılar sadəcə balıq ovu ilə öz ailəsini aclıqdan xilas edə bilirlər. Amma sionist hərbçilər fələstinli balıqçılara atəş açırlar. Ötən üç ildə Qəzzə sahillərində yüzlərlə fələstinli balıqçı İsrail hərbçilərinin güllələrinə tuş gəlib və həlak olublar. 

Koboviç yazıb: İsrail hərbi dəniz qüvvələri fələstinli balıqçıların dənizə çıxmasına çoxlu manə və məhdudiyyətlər tətbiq edirlər, fələstinlilərin qayıqlarını müsadirə edirlər, hal-hazırda təxminən 3 min 700 fələstinli balıqçı olaraq Fələstinli Balıqçılar Cəmiyyətində qeydiyyata düşüb. Bu statistika 2000-ci ildə təxminən 10 min balıqçı idi. 

Haarets qəzeti bildirib: İsrail ordusu həmçinin Qəzzə zolağında balıqçılıq qayıqlarının təmiri üçün ehtiyac duyulan avadanlıqların bölgəyə daxil olmasının qarşısını alırlar. 

İsrail rejimi 2006-cı il yanvar ayından Qəzzə zolağını hava, quru və dənizdən mühasirəyə alıb. 

Teqlər