İyun 23, 2018 08:50 Asia/Baku
  • Sionist hərbçilər 200-dən çox fələstinlini yaralayıblar
    Sionist hərbçilər 200-dən çox fələstinlini yaralayıblar

"Qayıdış haqqı" aksiyasının 13-cü cüməsi "yaralılara sədaqət" adı altında və fələstinlilərin geniş iştirakı ilə Qəzzə zolağının şərqində keçirilib. Bu aksiyada sionist hərbçilərin atəşləri ilə 200-dən çox fələstinli yaralanıb.

Fələstin səhiyyə nazirliyi bildirib ki, dünən Qəzzə zolağı ilə işğal olunmuş Fələstin ərazilərinin sərhədində keçirilən bu aksiyada 206 fələstinli yaralanıb.

Sionist rejim hərbçiləri Qəzzə zolağının şərq sərhədlərində yerləşən Cibaliya və Xan Yunus məntəqələrində aksiyaçıları atəşə tutublar.

Fələstinli jurnalist Əli Cadəllah sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanıbdır.

Sionist rejim snayperləri Qəzzə zolağının şərq sərhədləri boyunca yerləşiblər. Onlar fələstinli aksiyaçıları atəşə tutublar.

"Qayıdış haqqı" aksiyası fələstinlilərin geniş iştirakı ilə martın otuzundan keçirilir və Qəzzə zolağının sakinləri indiyədək bu aksiyada geniş iştiraka malik olublar. Bu aksiyalarda məqsəd, fələstinli didərginlərin öz diyarlarına geri dönmələri haqqına təkiddir.

Sionist hərbçilərin atəşləri nəticəsində indiyə kimi bu aksiyalarda 140-dan çox fələstinli şəhid edilib və on beş mindən çox fələstinli də yaralanıbdır.

Teqlər