İyun 25, 2018 13:46 Asia/Baku
  • B.Əsəd: Amerika ilə müzakirə, vaxtı hədərə verməkdir
    B.Əsəd: Amerika ilə müzakirə, vaxtı hədərə verməkdir

Suriya prezidenti bildirib ki, Suriyanın əsas qanununun islahı yalnız bu ölkə xalqının istəyi və iradəsindən asılıdır və bu sahədə referendumun keçirilməsi də zərurət daşıyır.

Bəşşar Əsəd Rusiyanın NTV telekanalı ilə müsahibədə bildirib ki, Suriya savaşı daxili deyil, beynəlxalq bir savaşdır.

Suriya prezidenti sonra Suriyanın bütün kimyəvi silahlarının 2013-cü ildə məhv edildiyini vurğulayıb və belə deyib: Bu əfsanələr Qərb tərəfindən, onların qüvvələrinin, yəni terrorçuların Suriyanın bəzi nöqtələrində məğlub olduqları zaman bəyan edilir.

Əsəd əlavə edib: Kimyəvi silahlar barədəki bu nağıllar Suriyaya birbaşa müdaxilə və bu ölkə ordusuna qarşı hücumlar üçün bir bəhanə olubdur.

O, deyib: İŞİD və Cibhətunnusrə terrorçuları bir daha özlərinin saxta xilafətlərinin yaradılması ideyasını təkrar edəcək və Qərbdən kömək alacaqlar. 

Suriya prezidenti əlavə edib: Bu, siyasi dəstək ilə müşayiət olunacaq dini bir təhdiddir. Onlar yenə geri dönəcəklər, zira Qərb qüvvələri daim onlardan müxtəlif adlar altında istifadə edəcəklər.

Əsəd bildirib ki, Rusiya terrorizm təhdidini yaxşı başa düşübdür. O, qeyd edib ki, Rusiya ordusu terrorçular qarşısında Suriya xalqını himayə etməklə əslində Rusiyada öz vətəndaşlarını himayə etmiş olur.

Suriya prezidenti vurğulayıb ki, bu gün Rusiyanın Suriyadakı siyasi və hərbi iştirakı SSRİ-nin dağılmasının ardınca itirilmiş siyasi-coğrafi müvazinətin qayıdışında mühüm bir ünsürdür.

Əsəd söyləyib: Qərbə Suriyanın bərpasında iştirak etmək icazəsi verilməyəcək, zira onlar qarətçilik rəftarına malikdirlər.

Suriya prezidenti sonra belə deyib: İkinci seçim də budur ki, əgər təsilm olmasalar, barışığa üz tutmasalar, terrorçulara hücum edəcəyik və dövlətin bir daha nəzarəti ələ almasınadək gücdən istifadə edərək, onlarla savaşı davam etdirəcəyik. Əlbəttə, bu, bizim üçün ən yaxşı seçim deyildir, amma hər halda, dövlətin ölkəyə yiyələnməsi üçün yeganə yoldur.

Teqlər