İyun 26, 2018 17:54 Asia/Baku
  • Sionist rejimin keçmiş naziri Qəzzəyə hücuma çağırıb
    Sionist rejimin keçmiş naziri Qəzzəyə hücuma çağırıb

Sionist rejimin keçmiş nazirlərindən biri Qəzzədən gələn yandırıcı çərpələnglərin HƏMAS-ın raketləri ilə bərabər effektə malik olduğunu bildirərək bu rejimin hərbi başçılarını Qəzzə zolağına qarşı geniş hücuma keçməyə çağırıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin keçmiş daxili işlər naziri Eli Yishai bu gün deyib: Yandırıcı çərpələnglər fələstinli müqavimət qruplarının raket hücumları kimidir və İsrail Fələstin müxtariyyəti, HƏMAS və çərpələngləri göndərənlərə dəmir yumruq nümayiş etdirməlidir. 

Sionistlər yandırıcı çərpələnglər nəticəsində sionist qəsəbələr və ətrafındakı tarlaların 3 milyon dollarlıq zərərə məruz qaldıqlarını təxmin edirlər. 

sionist dairələr yandıran çərpələnglərə qarşı acizliklərini etiraf ediblər. 

Teqlər