İyun 27, 2018 08:38 Asia/Baku
  • İsrail rejimi Qəzzəyə aviasiya və artilleriya hücumları edib
    İsrail rejimi Qəzzəyə aviasiya və artilleriya hücumları edib

Qəzzə zolağı bir daha sionist rejim ordusunun aviasiya və artilleriya hücumlarına məruz qalıb.

İRNA-nın məlumatına görə, İsrail qırıcıları bu gün çərşənbə, günün ilk saatlarında Qəzzə zolağında yerləşən Deyrül-Bəlh məntəqəsindəki "Ən-Nəsirat" düşərgəsinin yaxınlığında bir avtomobili hədəfə alıblar. 

Əl-Məyadin informasiya kanalı da İsrail ordusunun Qəzzənin şimal məntəqələrinə artilleriya zərbəsi endirməsindən xəbər verib. 

Hələ ki, bu hücumların insan tələfatı və maddi zərər və ziyanları barədə məlumat daxil olmayıb. 

İsrailin pilotsuz uçan aparatları (PUA) da çərşənbə axşamı Qəzzənin şimal və şərqində bəzi məntəqələrə zərbələr endirmişdilər. 

İsrail rejimi ötən həftələr ərzində Qəzzəyə qarşı hücumlarını artırıb. 

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın rəhbər üzvləri İsrail rejiminə bu hücumların cavabsız qalmayacağına dair xəbərdarlıq ediblər. 

Sionist İsrail rejimi 10 ildən çoxdur ki, Həmas-a təzyiq göstərmək və onu təslim olmağa məcbur etmək üçün Qəzzə zolağını mühasirədə saxlayır. Amma, bu müddət ərzində Qəzzəyə qarşı bir neçə dəfə müharibənin də həyata keçirilməsinə baxmayaraq, Qəzzə sakinləri bu məntəqəni var gücləri ilə müdafiə edirlər. 

Teqlər