Sionist hərbçilərin Qəzzədə atəş açması nəticəsində 4 fələstinli yaralanıb
İyun 28, 2018 09:18 Asia/Baku
Sionist rejim hərbçiləri çərşənbə gecə Qəzzə zolağının cənubunda Rəfəhin şərqində fələstinli etirazçılara doğru atəş açıblar.
Fars Xəbər Agentliyinin məlumatına görə, sionist hərbçilərin atəş açması nəticəsində dörd fələstinli yaralanıb.
Ötən 30 martdan Torpaq Günü münasibəti ilə Qəzzə zolağında başlayan Qayıdış Haqqı dinc yürüşü hələ də davam etməkdədir.
30 martdan bəri bu yürüşlərdə sionist rejim hərbçilərinin atəş açması nəticəsində 130-dan çox fələstinli, o cümlədən 15 uşaq şəhid olub, təxminən 15 min nəfər də yaralanıb.