İyun 30, 2018 09:44 Asia/Baku
  • Qəzzədə iki fələstinli şəhid olub
    Qəzzədə iki fələstinli şəhid olub

İsrail hərbçilərinin Qəzzə zolağında fələstinli aksiy aiştirakçılarına atəş açmaları nəticəsində iki fələstinli şəhid olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, 13 yaşlı Müsəb Əymən Usfur Xanyunus şəhərinin şərqində, 24 yaşlı Məhəmməd Fuzi Əl-Həmaidə isə Rəfəh şəhərinin şərqində İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub. 

Fələstinin Səhiyyə Nazirliyi isə cümə günü Qəzzə zolağında baş tutan yürüşdə 310 nəfərin yaralanmasından xəbər verib. Yaralılardan üçünün durumu ağır elan olunub. 

Minlərlə fələstinli Qəzzə zolağında İsrail rejiminin anti-humanist rəftarlarına etiraz olaraq aksiya keçirib. 

"Qan və birgə taleyin birliyi" adlı bu etiraz aksiyasında müxtəlif fələstinli qruplar sionistlərin fələstinlilərə qarşı amansız hücumlarını qınayıblar. 

Fələstinin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, deyib: 30 mart tarixindən bəri etiraz aksiyalarında 130-dan çox fələstinli şəhid olub, 15 min nəfər isə yaralanıb. 

Bu arada İsrail hərbçiləri ötən iki gün ərzində Qərb sahilində 17 fələstinlini həbs ediblər. 

İsrail hərbçiləri hər gün müxtəlif bəhanələrlə Qərb sahilində fələstinlilərin evlərinə basqın edirlər. Hazırda İsrail zindanlarında 6500 fələstinli əsirin olduğu bildirilir. 

Teqlər