İslam Hərəkatının işğal edilmiş ərazilərdəki sədri şərti olaraq azadlığa buraxılıb
İsrail məhkəməsi İslam Hərəkatının işğal edilmiş ərazilərdəki sədri Raid Səlahinin şərti olaraq azadlığa buraxılmsı ilə razılaşıb. Raid Səlah bir il idi ki, həbsdə idi.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Raid Səlahı müdafiə edən vəkillər komandasının üzvlərindən olan Xalid Zəbariqə deyib: Məhkəmə qərarına əsasən şeyx Səlah Ümmül-Fəhm şəhərindən kənarda, Kəfərkuna qəsəbəsində ev dustağı olacaq və ailə üzvləri və birinci dərəcəli yaxınlarından başqa heç kimə onunla görüş icazəsi verməyəcək.
İsrail rejimi şeyx Raid Səlahı 15 avqust 2017-ci ildə Ümmül-Fəth şəhərindəki mənzilində həbs edib. Şeyx Raid gərginlik və iğtişaş törətməkdə ittiham olunur.
İsrail rejimi Əl-Əqsa məscidində çıxan geniş toqquşmalarda şeyx Səlaha qarşı geniş təbliğatlara başladı və onu fələstinliləri sionistlərə qarşı təhrik etməkdə qınadı.
Bu fələstinli mübariz dəfələrlə əl-Əqsa məscidini müdafiə və sionistlərin bu məscidə qarşı təcavüzlərini ifşa etməsinə görə həbs olunub.