Yəmənlilər Ərəbistan koalisiyasının komandanlarının iclası məkanına PUA ilə hücum ediblər
Yəmən ordusu və xalq komitələri qüvvələrinin Pilotsuz Uçan Aparatları Marib vilayətində Yəmənin istefa vermiş hökumətinə bağlı hərbi komandanların mövqelərini atəşə tutub.
Əl-Məsirə xəbər televiziyasının məlumatına görə, Yəmənin hərbi dairələri bildiriblər: Yəmən ordusunun PUA bölməsinin ötəngünkü əməliyyatında bir qrup səudiyyəli koalisiyanın yaraqlısı öldürülüb və yaralanıb.
Yəmən ordusunun PUA bölməsi çərşənbə günü də Səmad 2 uzaqmənzilli Pilotsuz Uçan Aparatlar vasitəsi ilə Ərəbistan paytaxtı Ər-Riyadda Aramko şirkətinin neftayırma zavodunu atəşə tutub.
Yəmən ordusu ötən iki il ərzində yeni Pilotsuz Uçan Aparatlar, o cümlədən əl-Hüdhüd, əl-Hüdhüd 1, Ər-Rəqib, Qasif və Rasid aparatlarının təqdimatını keçirib, ötən bir neçə ayda da bu aparatlardan istifadə edərək Ərəbistanın Cizan şəhərindəki bir sıra bölgələri və Aramko şirkətini bir neçə dəfə atəşə tutub.
Yəmən ordusunun sözçüsü Şərəf Loğman Ərəbistanın Aramko neft şirkətinə Pilotsuz Uçan Aparatlar vasitəsi ilə hücumlardan sonra bildirib: Bu əməliyyat düşmənlərə qarşı önləyici savaşda əsaslı dəyişiklikdir.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın köməkliyi ilə Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə 2015-ci il mart ayından bu ölkəyə hücum ediblər. Bu savaş nəticəsində on minlərlə yəmənli həlak olub və yaralanıb və Yəmən ərzaq və dərman preparatı qıtlığı və vəba kimi xəstəliklərin yayılması ilə üzləşib.