İyul 26, 2018 10:09 Asia/Baku
  • Əsəd: Terrorizmi dəstəkləyən ölkələr terrorçu qrupları yenidən bərpa etməyə çalışırlar

Suriya prezidenti Bəşşar Əsəd çərşənbə günü Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev ilə görüşdə terrorizmi dəstəkləyən ölkələrin terrorçu qrupları yenidən bərpa etmək niyyətində olduqlarını deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəşşar Əsəd çərşənbə günü İŞİD terrorçuları tərəfindən Suriyanın cənubunda yerləşən Suveyda vilayətində törədilən terror hücumuna və bu hadisədə 215 vətəndaşın həlak olmasına işarə edərək, deyib: Bu cinayət terrorizmi himayə edən ölkələrin yenidən terrorçu qrupları bərpa etməyə səy göstərməsindən xəbər verir. Onlar terrorçulardan siyasi məqsədlərinə çatmaq üçün bir "kozır" kimi istifadə etmək istəyirlər.

Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi də bu görüşdə Suriyada törədilən son terror aktını qınayıb və deyib: Bu kimi hücumlar Suriya dövlətinin terrorizm ilə mübarizədə seçdiyi yolun doğruluğunu sübut edir. 

Bəşşar Əsəd və Lavrentiyev həmçinin, Astana müzakirələrinin onuncu turuna  hazırlıq məqsədi ilə gələn həftə Soçidə keçiriləcək görüşü də müzakirə ediblər. 

Teqlər