Ərəbistan qırıcıları yəmənli balıqçıların qayıqlarına hücum edib
İyul 29, 2018 08:48 Asia/Baku
Ərəbistan qırıcılarının Yəmənə qarşı hücumlarının davamında bu ölkə qırıcıları şənbə günü Qırmızı dənizdə yəmənlilərə məxsus 4 balıqçılıq qayığını hədəfə alıblar.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bu hücumda qayıqlarda olan bütün balıqçılar həlak olublar.
Hələ ki, həlak olanların dəqiq sayı məlum deyil.
Ötən iki gündə Ərəbistan qırıcıları yəmənli balıqçıları və Hüdəydə şəhərinin infrastrukturlarını birbaşa şəkildə hədəfə almağa başlayıblar.
Yəmən ordusu və xalq komitələri də cümə axşamı "Səmad 3" pilotsuz uçan aparatı ilə Birləşmiş Ərəb Əmirlikləirinin paytaxtı Əbu Dəbinin beynəlxalq hava limanını hədəfə almışdılar.