İyul 30, 2018 21:52 Asia/Baku
  • Ərəbistan Yəmənin neft ərazilərini işğal etmək niyyətindədir
    Ərəbistan Yəmənin neft ərazilərini işğal etmək niyyətindədir

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən müharibəsində əsas məqsədi artıq aydınlaşmışdır. Səudiyyəlilər Yəmənin sərvəti və neftini qarət etmək niyyətindədirlər.

Əl-Couf, Həzrə-Mout və əl-Məhri Yəmənin neftlə zəngin vilayətləridir və Səudiyyə Ərəbistanının neft obyektləri ilə müştərək sərhədləri vardır. Yəmənin bu üç vilayətində neftin çıxarılmasının Ərəbistanın neft ehtiyatlarını azaldacağına görə, Ali-Səud rejimi bir neçə dekada öncədən neft ehtiyatlarına görə, bu vilayətlərdə nüfuz etməyə və yəmənlilərin bu vilayətlərin neftindən faydalanmasına mane olmağa çalışıb.

Yəmənli ekspert deyib: Hələlik nefti çıxarılmayan dünyanın ən böyük neft obyektlərindən biri Rubbul-Xali məntəqəsidir, Yəməndə Həzrə-Mout, əl-Couf və Maribə və Ərəbistan ərazisində Nəcrana qədər uzanır. Ərəbistan Yəmən müharibəsini yaradaraq bu ehtiyatları mənimsəmək niyyətindədir.

Üç ildən artıqdır davam edən səudiyyəlilərin Yəmən əleyhinə müharibəsi dövründə, Ərəbistan rejimi Yəmənin sərhəd bölgələrinin böyük hissəsini işğal etməyə çalışıb. Belə ki, Yəmən neftini öz xeyrinə çıxarmaq üçün öz tamahını gerçəkləşdirə bilsin. Buna görə, bu üç vilayətin müharibə və qarşıdurmadan uzaqda qaldığının şahidiyik. Səudiyyəlilər başqa vilayətlərdə yəmənliləri müharibə ilə məşğul edərək Yəmənin neft yataqları olan bölgələrində işğal planını icra ediblər.  

Yəmənli mütəxəssis deyib: Səudiyyəlilər və Əmirliklərin qüvvələri özlərinin üç hərbi batalyonunu Həzrə-Mout və əl-Məhridə yerləşdiriblər. Əlbəttə onların bu işdəki məqsədi iqtisadi hədəfdir. Onlar bu günədək Yəmənin bu bölgələrdəki ehtiyatlardan neft çıxarmasına və ixrac etməsinə və gəlirinin Yəmən xalqına çatmasına imkan verməyiblər.

Səudiyyəlilərin Yəmənə qarşı ədalətsiz müharibəsinin məqsədlərinə diqqət yetirdikdə, Ərəbistanın Yəmən ərazisinə tamahının olduğu aydınlaşır. Yəməndə qanuniliyi bərpa etmək və Mənsur Hadini qaytarmaq iddiası bu ölkənin sərvət və neftini talan etmək üçün bir bəhanədir.

 

Teqlər