"Qayıdış haqqı" aksiyası şəhidlərinin sayı artıb
Fələstin səhiyyə nazirliyi bildirib ki, indiyədək "Qayıdış haqqı" aksiyasında 155 nəfər şəhid olub, 17259 nəfər də yaralanıbdır ki, bu miqdarın 9071 nəfəri xəstəxanaya köçürülübdür.
Fələstin səhiyyə nazirliyinin bugünkü məlumatında deyilir: Şəhidlər arasında 18 yaşından aşağı 23 nəfər və üç qadın mövcuddur. Həmçinin yaralılardan 3279 nəfər uşaq, 1553 nəfər isə qadındır. Yaralılardan 404 nəfərin vəziyyəti ağırdır.
Səma xəbər agentliyi bildirib ki, yaralılardan 4190 nəfər hərbi güllə, 529 nəfər isə rezin güllə ilə yaralanıb. Onların 7421 nəfəri zəhərli qazlarla tənəffüs nəticəsində təngnəfəsliyə düçar olubdur.
"Qayıdış haqqı" aksiyası bu il martın 30-dan başlanıb. Aksiyada məqsəd, qayıdış haqqına təkid, Qəzzənin mühasirəsinə, eləcə də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etirazdır. Davam etməkdə olan bu aksiya Qəzzənin işğal olunmuş Fələstinlə sərhədində başlanıb.
Hərçənd fələstinli aksiyaçılar bu aksiyanın əvvəlindən onun dinc mahiyyətli olduğunu vurğulayıblar, amma sionist rejim aksiyaçıları dağıtmaq üçün güllədən istifadə edir.