Avq 03, 2018 21:27 Asia/Baku
  • Bəhreyn xalqı Şiə Alimlər Şurasının sədrinin sərbəst buraxılmasını istədi
    Bəhreyn xalqı Şiə Alimlər Şurasının sədrinin sərbəst buraxılmasını istədi

Bəhreyn xalqı Şiə Alimlər Şurasının sədri Məcid Məşəlin dərhal azad edilməsi tələbi ilə aksiya keçirib.

İRNA-nın verdiyi məlumata görə, bəhreynli aksiya iştirakçıları əllərində Məcid Məşəlin fotoşəkilini daşıyaraq, onun azadlığa buraxılmasını tələb və Bəhreyn şiələrinin mənəvi lideri şeyx İsa Qasım ilə öz həmrəyliklərini elan ediblər.

Aksiya iştirakçıları həmçinin, Əd-Diraz məntəqəsində yerləşən şiələrin İmam Cəfər Sadiq(ə) məscidində cümə namazının qılınmasına qoyulan qadağanın ləğv edilməsini istəyiblər.

Bəhreynin Şiə Alimlər Şurasının sədri Şeyx İsa Qasımı himayə üzrə dinc aksiyada iştirak etdiyi üçün həbs edilərək, 2 il azadlıqdan məhrum olunub.

Teqlər