Sionistlərin Qəzzənin şimalına hücumunda iki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319465-sionistlərin_qəzzənin_şimalına_hücumunda_iki_fələstinli_şəhid_olub
Sionist rejim ordusunun artilleriyası və PUA-ları bir daha Qəzzə zolağının şimalına qarşı hücumlar həyata keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 12:01 Asia/Baku
  • Sionistlərin Qəzzənin şimalına hücumunda iki fələstinli şəhid olub
    Sionistlərin Qəzzənin şimalına hücumunda iki fələstinli şəhid olub

Sionist rejim ordusunun artilleriyası və PUA-ları bir daha Qəzzə zolağının şimalına qarşı hücumlar həyata keçiriblər.

Sionist rejim ordusunun artilleriyası və PUA-ları bu gün günorta çağı Həmas-ın hərbi qolu olan Şəhid İzzəddin Qəssam batalyonlarının Qəzzə zolağının şimalında yerləşən iki bazasını hədəfə alıblar.

Bu təcavüzkar hücumda Şəhid İzzəddin Qəssam batalyonlarının iki mübarizi şəhid olub, bir neçə nəfər də yaralanıbdır.

Sionist rejim qırıcıları dünən gecə də Qəzzə zolağının şimalında yerləşən Cibaliya məntəqəsini raket hücumlarına məruz qoymuşdular. Bu hücumda bir kəsə xəsarət dəyməmiş, amma bəzi yaşayış bina və məkanları xəsarət almışdılar.