Avq 10, 2018 11:23 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağına hücum edib
    Sionist rejim Qəzzə zolağına hücum edib

Sionist rejim hərbi təyyarələri bir daha Qəzzə zolağının müxtəlif bölgələrini raketlə hədəfə alıb.

İRİB-in verdiyi məlumata görə,  sionist rejim hərbi təyyarələri dünən gecə Qəzzə zolağında bir bölgəni 4 raketlə hədəfə alıblar. 

Əl-Məyadin telekanalı da bildirib ki, sionist rejimin hərbi təyyarələri Qəzzənin qərbində bir binanı raket hədəfinə çevirib. 

Həmçinin Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, sionist rejimin Qəzzə zolağının qərbində bir mədəniyyət mərkəzinə hücumunda ən azı 7 fələstinli yaralanıb. 

Sionist rejim ordusunun qırıcıları çərşənbə günü və cüməaxşamı səhər çağı Qəzzə zolağının müxtəlif bölgələrini dəfələrlə bombalayıblar. Bu hücumlarda 3 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb. 

Sionist rejim qırıcılarının aşkar təcavcüzünə cavab olaraq Fələstin müqavimət qüvvələri də işğal olunmuş əraziləri ən azı 220 raketlə hədəfə alıblar. 

Teqlər