Səudiyyə Ərəbistanının hərbi gəmilərinin hücumunda 6 yəmənli həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320086-səudiyyə_Ərəbistanının_hərbi_gəmilərinin_hücumunda_6_yəmənli_həlak_olub
Səudiyyə Ərəbistanının hərbi gəmiləri bu gün Yəmənin şimal qərbində Həccə vilayətində bir kəndi hədəfə alaraq qadın və uşaqlar da daxil 6 yəmənli mülkinin həlak olmasına səbəb olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2018 16:59 Asia/Baku
  • Səudiyyə Ərəbistanının hərbi gəmilərinin hücumunda 6 yəmənli həlak olub
    Səudiyyə Ərəbistanının hərbi gəmilərinin hücumunda 6 yəmənli həlak olub

Səudiyyə Ərəbistanının hərbi gəmiləri bu gün Yəmənin şimal qərbində Həccə vilayətində bir kəndi hədəfə alaraq qadın və uşaqlar da daxil 6 yəmənli mülkinin həlak olmasına səbəb olublar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Məsirə telekanalı bildirib ki, hücum Əssadə kəndini hədəfə alıb. 

Səudiyyə qırıcıları da Həccə vilayətinin Əl-Məzrəq bölgəsini üç dəfə hücuma məruz qoyublar. 

Səudiyyə muzdluları da Yəmən ordusu və xalq komitələri tərəfindən quraşdırılmış minalrın partlaması nəticəsində Təəz vilayətində ölüblər.