Avq 24, 2018 10:05 Asia/Baku
  • Suriya XİN: Dəməşq heç bir kimyəvi silaha malik deyil

Suriya Xarici İşlər Nazirliyi ABŞ, Fransa və İngiltərənin Dəməşqi kimyəvi silahlardan istifadədə ittiham etmək üzrə birgə bəyanatını pisləyib.

ABŞ, Fransa və İngiltərə avqustun 21-də bir bəyanatda Suriya dövlətini kimyəvi silahlardan istifadədə ittiham etdilər.

Suriya Xarici İşlər Nazirliyi dünən bir bəyanatda bildirib: ABŞ, Fransa və İngiltərənin terror qruplarına dəstək vermələrinin davamında onlar yenidən Dəməşqə qarşı azdırıcı hərəkətlərə və təhdidedici media hücumlarına başlayıblar.

Bu bəyanatda əlavə olunur: Suriya dəfələrlə bildiribdir ki, hər bir yerdə və hər bir şəraitdə kimyəvi silahlardan istifadəni pisləyir və Dəməşq Dəməşq heç bir kimyəvi silaha malik deyil və bu növ silahlardan istifadə edən yeganə tərəf, terror qruplarıdır. Bu qruplar birbaşa şəkildə Qərb ölkələri, həmçinin Ərəbistan daxil olmaqla region ölkələri tərəfindən himayə olunurlar.

Suriya Xarici İşlər Nazirliyinin bəyanatında sonra deyilir: Dəməşq son günlər əlaqədar beynəlxalq tərəfləri Suriyanın müxtəlif məntəqələrində zəhərli qazlardan istifadə üçün terror qruplarının hazırlığından xəbərdar edibdir.

ABŞ, Fransa və İngiltərənin Suriyanı kimyəvi silahlardan istifadədə ittiham etmələri elə bir şəraitdədir ki, rus mənbələr dünən "ağpapaqlılar" adlandırılan qrupun xloq qazı yükünü Suriyanın İdlib vilayətinə köçürmək üzrə hərəkətindən xəbər veriblər.

 

Teqlər