Əlhusi: BMT və beynəlxalq orqanlar öz abırlarını itiriblər
Yəmən Ali İnqilab Komitəsinin sədri səud koalisiyasının Əlhudəydə əyalətinə qarşı hücumunu pisləyərək, deyib: BMT və beynəlxalq orqanlar Ərəbistanın Yəməndəki cinayətləri qarşısında zəif mövqedən çıxış edərək, özlərinin olan-qalan abırlarını da itiriblər.
Təcavüzkar səud qırıcıları dünən Əddurəyhimidə yəmənli didərginlərə məxsus iki avtomobili hədəfə alıblar ki, nəticədə 31 uşaq və qadın həyatını itiribdir.
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi bildirib ki, yəmənli uşaqların və sivillərin hədəfə alınmaları təcavüzkar səud koalisiyasının məqsədyönlü və sabit siyasətidir. O, əlavə edib: Yəmənli uşaqların bu cinayətlərdən xilas edilmələri bütün bəşəriyyətin qələbəsi deməkdir.
Əlhusi ABŞ, Ərəbistan və onlarla müttəfiq ölkələrin Yəmənə qarşı ədalətsiz savaşda tamamilə məsuliyyət daşıdıqlarını bildirib. O, dünyadakı azadlıqsevər insanlardan istəyibdir ki, Yəmən savaşına və bu ölkənin zalımcasına mühasirəsinə son qoymaq üçün səud koalisiyasına təzyiq göstərsinlər.