Sen 10, 2018 09:13 Asia/Baku
  • Bəsrə şəhərində sakitlik bərpa edilib
    Bəsrə şəhərində sakitlik bərpa edilib

İraqın Bəsrə şəhərində sakitliyin bərpa edilməsinin ardınca şəhər sakinləri şənlik etməyə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, Bəsrənin polis rəisi Cəmil Şəmari deyib: Hüquq mühafizə qüvvələrinin Bəsrəyə daxil olduğu zamandan Bəsrədə sakitlik bərqərar edilib və biz sakitliyi qorumaq üçün əlavə qüvvə göndərmək niyyətindəyik. 

Bəsrənin icra başçısı Səid Əl-Eydani də bir bəyanat yayaraq, aksiya iştirakçılarının ümumi və fərdi əmlaka zərər və ziyan yetirmələrini tənqid edib və hamını şəhəri qorumağa dəvət edib. 

Bəsrə ötən həftələr ərzində işsizlik və sosial problemlərə etiraz olaraq geniş aksiyaların şahidi olub. 

İraqın Səhiyyə Nazirliyi bildirib: Bəsrə olaylarında 15 nəfər həlak olub, 190 nəfər yaralanıb. 

 

Teqlər