Bağdad terror aktı zərərsizləşdirildi
-
Bağdad terror aktı zərərsizləşdirildi
İraqın təhlükəsizlik qüvvələri Bağdadın qərbində, Hədisə xəstəxanasında terror aktı törətməyə çalışan kamikadzenin öldürülməsindən xəbər veriblər.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraqın bir təhlükəsizlik rəsmisi deyib: Bağdadın cənub-qərbində, Cihad məhəlləsində yerləşən bazarda törədilən partlayışda 4 nəfər o cümlədən bir qadın yaralanıb.
Nəcəf vilayətinin valisi də bəzi siyasi cərəyanların Nəcəfdə təxribat törətməyə çalışdıqlarına dair xəbərdarlıq edib və təhlükəsizlik qüvvələrindən aksiya iştirakçılarını təhrik və ya onlara qarşı güc tətbiq etməmələrini istəyib. O, bu xüsusda baş nazirə də məktub göndərib.
Bir başqa məlumata görə, İraqın müqavimət qüvvələri 200 avtomobil ilə dünən Bəsrədə keçirilən paradda iştirak edərək, İran-İraq əlaqələrini himayə məqsədilə Bəsrədə İran konsulluğuna edilən hücumu qınayıbar.
Bu parad İranın Bəsrədəki konsulluğunun önündə başa çatıb.