Suriyalı məktəblilər şəhərlərinin işğaldan azad edilməsindən sonra yenidən məktəbə getməyə başlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322400-suriyalı_məktəblilər_şəhərlərinin_işğaldan_azad_edilməsindən_sonra_yenidən_məktəbə_getməyə_başlayıblar
Suriya ərazisinin təqribən 92%-nin terrorçuların işğalından azad edilməsindən sonra, Suriyanın Təhsil Nazirliyi 4 milyondan çox uşağın bu ilki təhsil ilində məktəbə gedəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2018 08:50 Asia/Baku
  • Suriyalı məktəblilər şəhərlərinin işğaldan azad edilməsindən sonra yenidən məktəbə getməyə başlayıblar
    Suriyalı məktəblilər şəhərlərinin işğaldan azad edilməsindən sonra yenidən məktəbə getməyə başlayıblar

Suriya ərazisinin təqribən 92%-nin terrorçuların işğalından azad edilməsindən sonra, Suriyanın Təhsil Nazirliyi 4 milyondan çox uşağın bu ilki təhsil ilində məktəbə gedəcəyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Kəfər Bənin kəndində də yüzlərlə uşaq bu il məktəbə gedə biləcəklər. Suriya ordusu bu ilin baharında Şərqi Qutədə yerləşən Kəfər Bənin kəndini terrorçuların işğalından azad etmişdi.

Bir başqa məlumata görə, Suriya qaynaqları ordu qüvvələrinin İdlibin terrorçuların işğalından azad edilməsinə hazırlığı çərçivəsində Hələbin şimalına çoxlu sayda hərbi təchizatın yerləşdirilməsindən xəbər veriblər. Bu məlumata görə, Suriya ordusu Hələbin şimalında, terrorçuların işğalı altında olan ərazilərin yaxınlığında öz mövqelərini möhkəmləndirib.