HƏMAS Qəzzənin mühasirəsinə son qoymağa çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322931-hƏmas_qəzzənin_mühasirəsinə_son_qoymağa_çalışır
HƏMAS hərəkatının beynəlxalq əlaqələr rəhbəri deyib ki, bu hərəkat Qəzzənin mühasirəsinə son qoyulması və bu bölgədə durumun sakitləşdirilməsi üçün xüsusi səylər həyata keçirir və kimsə bu prossesə qarşı çıxa bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 07:54 Asia/Baku
  • HƏMAS Qəzzənin mühasirəsinə son qoymağa çalışır
    HƏMAS Qəzzənin mühasirəsinə son qoymağa çalışır

HƏMAS hərəkatının beynəlxalq əlaqələr rəhbəri deyib ki, bu hərəkat Qəzzənin mühasirəsinə son qoyulması və bu bölgədə durumun sakitləşdirilməsi üçün xüsusi səylər həyata keçirir və kimsə bu prossesə qarşı çıxa bilməz.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Osama Həmdan dünən Qəzzə zolağındakı insani duruma toxunaraq deyib: HƏMAS Qəzzədəki vəziyyətə xüsusi diqqət ayırıb və Qəzzənin məhv olmasına imkan verməyəcək. 

Həmdan Qahirə müzakirələri barədə deyib: Misir HƏMAS heyətini Qahirəyə səfər və bu ölkə rəhbərləri ilə görüşlərə dəvət edib amma bu müzakirələr Fələsitn müxtariyyətinin maneəçiliklərinə görə gözlənildiyindən daha çox ləngidilir.