BMT Qəzzə faciəsindən nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322939-bmt_qəzzə_faciəsindən_nigarandır
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının baş katibi bir hesabatda Qəzzə zolağında acınacaqlı durum və fələstinlilər arasında işsizlik statistikasının misli görünməmiş həddə artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 11:04 Asia/Baku
  • BMT Qəzzə faciəsindən nigarandır
    BMT Qəzzə faciəsindən nigarandır

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının baş katibi bir hesabatda Qəzzə zolağında acınacaqlı durum və fələstinlilər arasında işsizlik statistikasının misli görünməmiş həddə artmasından xəbər verib.

Əl-Həyat qəzetinin yazdığına görə, İzabel Durant bu gün Cenevrədə keçirilən mətbuat konfransında deyib: Zaman keçdikcə Qəzzədə vəziyyət daha faciəli olub və bu duruma artıq dözmək mümkün deyil. 

İzabel Durant həmçinin Amerikanın Fələstin xalqına və fələstinli didərginlərə yardım və məşğulluq agentliyinə(UNRWA) yardımlarını kəsməsini qınayaraq bildirib: İsrail Qəzzəyə qarşı sanksiyalarını davam etdirməkdədir və bu da fələstinlilərin durumunu ağırlaşdırıb onların arasında işsizliyin 27 faizə qalxmasına səbəb olub. 

İşsizlik, elektrik enerjisinin çatışmaması, ilkin ehtiyacların təmin olunmaması Qəzzə sakinlərinin əsas problemlərini təşkil edir. Beynəlxalq təşkilatlar Amerikanın təzyiqləri nəticəsində indiyədək bu problemlərin həlli istiqamətində heç bir iş görə bilməyiblər.