İsrail rejimi Suriya prezidentini terror ilə təhdid etdi
İsrail rejiminin müharibə naziri Bəşşar Əsədin iqamətgahı olduğunu iddia etdiyi məkanın, Dəməşq hava limanı və Suriya ordusunun tanklarının yerləşdiyi məkanların fotoşəkillərini yayımlayaraq, Suriya prezidentini terror etməklə hədələyib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrailin müharibə naziri bu gün verdiyi açıqlamada həmin fotoşəkillərin İsrail rejiminin Ofek-11 adlı yeni casusluq peyki vasitəsilə əldə olunduğunu iddia edib.
İsrail başçıları bir müddət öncə də, Suriya ordusunun İŞİD terror qruplaşmasını məğlub etməsindən və Suriyanın cənubunda terrorçuların mövqelərinə doğru sürətlə irəliləməyə başladığı zaman da Əsədi terror etmək ilə hədələmişdilər.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və onların qərbli və ərəb müttəfiqlərinin himayəsində olan terrorçuların geniş hücumu ilə başlandı. Məqsəd regionda qüdrət balansını İsrail rejiminin xeyrinə dəyişmək idi.
İsrail rejimi dəfələrlə aşkar formada Suriyadakı terrorçuları dəstəkləyərək, onlara silah və hərbi təchizatlar verib.