Sen 21, 2018 10:26 Asia/Baku
  • Yəməndə əzəmətli Aşura yürüşü
    Yəməndə əzəmətli Aşura yürüşü

Minlərlə yəmənli Sədə şəhərində keçirilən əzəmətli Aşura yürüşündə iştirak edərək, təcavüzkarlar qarşısında müqavimətə təkid edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, yəmənlilər cümə axşamı Sədə şəhərində Aşura günü münasibətiilə əzəmətli yürüş təşkil ediblər. Yürüş iştirakçıları ABŞ-ın regiondakı siyasətlərinə qarşı şüarlar səsləndiriblər. Bu şüarlardan biri "Zillətə boyun əyməyəcək və ABŞ qarşısında təslim olmayacağıq" olub. 

Bu yürüşdə iştirak edənlər həmçinin, bir bəyanat yayaraq, 21 sentyabr 2014-cü il Yəmən inqilabını İmam Hüseynin(ə) inqilabının davamı adlandırıb və bildiriblər: ABŞ, İsrail və Ali-Səud kimi dövrümüzün Yezidlərinin axıtdıqları Yəmən xalqının qanı Hüseyn və tərəfdaşlarının Kərbəlada axıdılan qanının davamıdır. 

Yürüş iştirakçıları daha sonra İmam Hüseyni(ə) tarixin ən böyük qiyamının rəhbəri adlandırıb və yəmənlilərin öz gücü, qüdrəti və iradəsini Aşuradan ilham aldığını deyiblər. 

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Bəxiti də dünən deyib: Yəmən xalqı İmam Hüseyndən(ə) ilham alaraq, təcavüzkarlar qarşısında müqavimətini davam etdirəcək. 

Əl-Bəxiti həmçinin deyib: Yəmən xalqının Səudiyyə-Amerikan koalisiyası qarşısında müqaviməti dünyanı heyrətləndirib. 

Teqlər