Yeni səudiyyə fitnəkarlığı; İrəvana təbrik müraciəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323474-yeni_səudiyyə_fitnəkarlığı_İrəvana_təbrik_müraciəti
Ərəbistan rəhbərləri misli görünməmiş bir hərəkətdə Ermənistanın istiqlaliyyəti münasibətilə bu ölkənin prezidenti və xalqını təbrik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 09:07 Asia/Baku
  • Yeni səudiyyə fitnəkarlığı; İrəvana təbrik müraciəti
    Yeni səudiyyə fitnəkarlığı; İrəvana təbrik müraciəti

Ərəbistan rəhbərləri misli görünməmiş bir hərəkətdə Ermənistanın istiqlaliyyəti münasibətilə bu ölkənin prezidenti və xalqını təbrik ediblər.

Misli görünməmiş bir hərəkətdə Ərəbistan kralı Salman bin Əbduləziz və bu ölkənin vəliəhdi, baş nazir müavini və müdafiə naziri Muhəmməd bin Salman bin Əbduləziz ayrı-ayrı teleqramlarda Ermənistanın istiqlaliyyətinin 27-ci ildönümü münasibətilə bu ölkənin prezidenti Armen Sarkisyanı və erməni xalqını təbrik ediblər.

İlk dəfədir ki, Ərəbistan dövləti Ermənistan rəhbərlərinə müraciət göndərir.

Ekspertlərin sözlərinə görə, Türkiyə və Azərbaycan Respublikası başçılarının siyasi yaxınlığı ilə, səudiyyə kralı Ermənistan ilə Azərbaycan Respublikası arasında mövcud olan münaqişələrdən sui-istifadə edərək, Türkiyəni təzyiq altında qoymağa və Mərkəzi Asiyada siyasi nüfuz qazanmağa can atır.