Oman: Ölkənin hava limanları Yəmən xalqına yardım üçün açıq qalacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324162-oman_Ölkənin_hava_limanları_yəmən_xalqına_yardım_üçün_açıq_qalacaq
Omanın xarici işlər üzrə müşavir naziri deyib ki, bu ölkənin hava limanları və keçidləri Yəmən xalqına yardım göndərmək üçün açıq qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2018 07:09 Asia/Baku
  • Oman: Ölkənin hava limanları Yəmən xalqına yardım üçün açıq qalacaq
    Oman: Ölkənin hava limanları Yəmən xalqına yardım üçün açıq qalacaq

Omanın xarici işlər üzrə müşavir naziri deyib ki, bu ölkənin hava limanları və keçidləri Yəmən xalqına yardım göndərmək üçün açıq qalacaq.

Omanın xarici işlər üzrə müşavir naziri Yusif bin Ələvi dünən BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında bildirib ki, Yəmənlə həmkarlıq qonşuluq prinsipinə və iki ölkə arasındakı qardaşlığa görə, davam edəcək.

Yusif bin Ələvi Yəmən xalqının səhiyyə problemlərinin yaranması, o sıradan xəstəliyin yayılmasının bu ölkə infrastrukturlarının, xüsusən su təmizləmə stansiyalarının aradan götürülməsindən irəli gəldiyini bildirib və onu tənqid edibdir.

Yusif bin Ələvi həmçinin dünya ictimaiyyətindən istəyibdir ki, Yəmən xalqına yardım üçün lazımi mexanizmləri təşkil etsin.

Ərəbistanın Yəmənə qarşı hücumları və bu ölkənin infrastruktur təsisatlarının dağıdılmasının davam etməsilə vəba xəstəliyi sürətlə Yəməndə yayılmaqdadır.