Səudiyyə təyyarələri Yəməndə klinikaya hücum edib
Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri insan haqları qanunlarını görməməzliyə vuraraq Yəmənin qərbində Həccə vilayətində bir müalicə mərkəzini bombalayıblar.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən mediyaları bildiriblər ki, Səudiyyə Ərəbistanı tərəfindən vurulan müalicə mərkəzi Məstba bölgəsində yerləşir.
Səudiyyə hərbi təyyarələri həmçinin dünən gecədən indiyədək Əl-Hədidə vilayətinin müxtəlif bölgələrini bombalayıblar.
Həmçinin Əbd Rəbbə Mənsur Hadinin adamları və onların əcnəbi muzdlularından ibarət bir Qrup Yəmən Ənsarullahının Əl-Hədidə vilayətindəki hücumunda ölüb və yaralanıb.
Ənsarullah qüvvələri təcavüzkarların bir ədəd zirehli texnikası və iki hərbi avtomobilini də məhv ediblər.
Yəmən Ordusu və xalq qüvvələri Əl-Cəbəliyyə bölgəsində Səudiyyə muzdlularının mövqelərini artileriya ilə hədəfə alıblar və nəticəsə bir neçə təcavüzkar qüvvə ölüb və yaralanıb.