Okt 15, 2018 20:30 Asia/Baku
  • İraqın xarici işlər naziri Suriya prezidenti ilə görüşüb
    İraqın xarici işlər naziri Suriya prezidenti ilə görüşüb

İraqın xarici işlər naziri bu gün Dəməşqdə Suriya prezidenti ilə görüşüb.

İRNA-nın məlumatına görə, İraqın xarici işlər naziri İbrahim Cəfəri Suriya prezidenti Bəşşar Əsəd ilə görüşdə iki ölkənin ən son olaylarını habelə, regional və beynəlxalq durumu dəyərləndiriblər.

Suriya prezidenti bu görüşdə İraq ilə tarixi əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsini önəmli adlandırıb və deyib: Suriya və İraq terrorizm üzərində birgə qələbə çaldılar. Bunun səbəbi, hər iki ölkənin eyni cəbhədə savaşmasıdır. Hər iki ölkədə bu qələbənin əldə edilməsi üçün fədakar övladlar canlarından keçdilər. Və bu gün düşmən ilə savaş meydanında axan fədakar övladların qanları bir-birinə qarışıb.

Bəşşar Əsəd əlavə edib: Təhlükəsizlik atmosferinə və əcnəbilərin İraq ilə Suriya arasında əlaqələrin möhkəmlənməsinə mane olmağa çalışmasına baxmayaraq, iki ölkə əlaqələri daim ən yaxşı səviyyədə olub və regional və beynəlxalq məsələlərlə bağlı ortaq baxışa malik olublar.

İraqın xarici işlər naziri də bu görüşdə deyib: Regional və beynəlxalq şərait Suriya və İraqın xeyrinə dəyişməkdədir.

İbrahim Cəfəri Suriyanı sivilizasiya və qədim tarixə malik ölkə adlandırıb və deyib: Suriya terrorizm üzərində tam qələbə çaldıqdan sonra, regionda keçmişdə olduğundan daha artıq rol oynayacaq.

İraqın xarici işlər naziri Suriya prezidenti və xarici işlər naziri ilə görüşüb, danışıqlar aparmaq üçün Dəməşqə səfər edib. Səfərdə məqsəd iki ölkə arasında sərhəd keçid məntəqələrinin ən qısa zamanda açılmasına şərait yaratmaqdır.

Teqlər