Okt 23, 2018 20:33 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşü

İsrail rejimi “Qayıdış Haqqı” yürüşünü durdurmaq üçün fələstinlilərə xüsusilə də Qəzzə əhalisinə qarşı təhdidlər səsləndirsələr də, fələstinlilər Qəzzənin mühasirəsinə son qoyulmadığı zamana kimi bu yürüşlərin davam edəcəyini bildirərək, mübarizə və müqavimətə davam deyirlər.

Minlərlə fələstinli işğalçılığa qarşı mübarizənin davamında Zəkkin məntəqəsində aksiya keçiriblər. Bu arada, Fələstinliləri “Qayıdış Haqqı” yürüşlərini dayandırmağa razı salmaq məqsədilə Qəzzəyə səfər edən Misirli heyət ilə görüşdə Həmas rəsmiləri ciddi iqtisadi problemlərə səbəb olan Qəzzənin mühasirəsinə son qoyulmadığı zamana kimi etiraz aksiyalarının fasiləsiz olaraq davam edəcəyini bildiriblər. 

Fələstinli aksiya iştirakçılarından biri deyir:

“Biz mübarizədən əl çəkməyəcəyik. Biz vətənimizi, bizim üçün müqəddəs olan hər şeyi müdafiə edirik. Biz sükut etməyəcəyik.”

“Qayıdış Haqqı” yürüşü İsrail rejiminin müharibə naziri Aviqdor Libermanın yaratdığı müharibə vahiməsi ilə bir vaxtda keçirilib. Liberman “Qayıdış Haqqı” yürüşünün davam edəcəyi təqdirdə Qəzzəyə qarşı svaş başladacağını demişdi.

Analitiklərin dediklərinə görə, İsrail rejiminin Qəzzəyə hücumla bağlı səsləndirdikləri fikirlər fələstinlilərin öz mövqelərinə daha artıq təkid etməsinə səbəb olur. Fələstinlilər, bu təhdidlərin onların iradəsinə təsir etmədiyini sübut ediblər.

“Qayıdış Haqqı” yürüşünü, haqqımızı əldə edəcəyimiz zamana kimi davam etdirəcəyik. Bu yürüşün başlıca məqsədi isə Qəzzənin mühasirəsini  yarmaqdır. Qəzzənin mühasirəsinə son qoyulmadığı zamana kimi, “Qayıdış Haqqı” yürüşü davam edəcək.” – deyə fələstinli aksiya iştirakçılarından biri deyib.

İşğalçı rejimin təhdidlərinə baxmayaraq, fələstinlilər mübarizə və müqavimətin davam edəcəyini bildirirlər.

 

Teqlər