Qətərin müdafiə naziri: BƏƏ və Səudiyyə üzr istəməlidirlər
Qətərin baş nazirinin müavini və müdafiə naziri Xalid Əl-Ətyə Məhəmməd Bin Salmanın Doha ilə əlaqələrin bərpası barədəki son bəyanatına münasibət bildirərkən deyib: Qətərə qarşı sanksiya tətbiq edən 4 ölkə Dohadan üzr istəməlidirlər.
İRNA-nın verdiyi məlumata görə konfransda çıxış edən Əl-Ətiyə deyib: Qətər xalqının həmrəyliyi və təşkilatlar və qrumların sanksiya tətbiq edən ölkələrə qarşı tədbirləri Qətərin qələbəsinin ən əsas amillərini təşkil edir.
Qətərin Müdafiə Naziri deyib: Ölkə siyasi və iqtisadi təhdidləri arxada qoyub amma sanksiyalar xalqın yaşayışına mənfi təsir buraxıb.
Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman ötən həftə "Səhra Dausu" adlı konfransda demişdi ki, Səudiyyə Ərəbistanının Qətər ilə fikir ayrılıqlarına baxmayaraq bu ölkə güclü iqtisadiyyata malikdir və 5 ildən sonra fərqli olacaq və müvəffəqiyyətə doğru hərəkət edəcək.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir ötən il iyun ayından bəri Qətər ilə diplomatik əlaqələrini kəsiblər və bu ölkəyə qarşı öz quru, hava və dəniz sərhədlərini bağlayıblar.