Yüzlərlə suriyalı didərgin Livan və İordaniyadan geri dönüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326643-yüzlərlə_suriyalı_didərgin_livan_və_İordaniyadan_geri_dönüb
Ötən iki gündə 750-dən çox suriyalı didərgin Livan və İordaniyadan Suriyadakı ev-eşiyinə geri dönüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 06:42 Asia/Baku
  • Yüzlərlə suriyalı didərgin Livan və İordaniyadan geri dönüb
    Yüzlərlə suriyalı didərgin Livan və İordaniyadan geri dönüb

Ötən iki gündə 750-dən çox suriyalı didərgin Livan və İordaniyadan Suriyadakı ev-eşiyinə geri dönüb.

Bu suriyalı didərginlər Livan sərhədində yerləşən Yabus və Təl-Kələx keçidiləri vasitəsilə Suriyaya daxil olublar.

İordaniya sərhədlərində yerləşən suriyalı didərginlər də Nəsib keçidi vasitəsilə öz ölkəsinə geri dönübdür.

Suriya ərazisinin böyük bir hissəsinin azad edilməsi və bu ölkə dövlətinin bir çox vilayətlərə yiyələnməsilə suriyalı didərginlərin geri dönmələri prosesi başlanıbdır. Qeyri-rəsmi statistikalar göstərir ki, 45 ölkədə 7 milyondan çox suriyalı didərgin var.

Suriyada böhran Ərəbistan, ABŞ və onun müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə 2011-ci ildən başlandı. Region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədi güdən düşmənlərin fitnəsi Suriyanın ordusu və xalqının səyləri nəticəsində uğursuz qaldı.