İraqın baş naziri Həşdüşşəbi qüvvələrinə təşəkkür etdi
Okt 29, 2018 21:28 Asia/Baku
İraqın baş naziri Ərbəin mərasiminin təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsinə görə, Həşdüşşəbi qüvvələrinə təşəkkür etdi.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın yeni baş naziri Adil Əbdülmehdi bazar ertəsi günü Kərbəlaya gələrək, ordu komandanları, polis rəisləri və təhlükəsizlik qüvvələrinin başçıları habelə, Həşdüşşəbi qüvvələrinin komandanları ilə görüşüb, Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlərlə yaxından tanış olub.
Həşdüşşəbi qüvvələrinin tabeliyində olan Abbas batalyonu 20 oktyabrda Kərbəla səmasında uçan 15 pilotsuz uçan aparatın vurularaq, yerə salınmasından xəbər verib.
İraq sərhədləri hə il Ərbəin ərəfəsində milyonlarla zəvvarın şahidi olub.