Mişel Oun: Livanda müqavimətin formalaşmasının səbəbi İsrailin işğalçılığıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326771-mişel_oun_livanda_müqavimətin_formalaşmasının_səbəbi_İsrailin_işğalçılığıdır
Livan prezidenti bu ölkədə müqavimətin formalaşmasının səbəbini İsrailin işğalçılığı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2018 07:25 Asia/Baku
  • Mişel Oun: Livanda müqavimətin formalaşmasının səbəbi İsrailin işğalçılığıdır

Livan prezidenti bu ölkədə müqavimətin formalaşmasının səbəbini İsrailin işğalçılığı adlandırıb.

İRNA-nın məlumatına görə, Livan prezidenti Mişel Oun çərşənbə günü BMT baş katibinin Livan Hizbullahı barədə dediklərinə reaksiya olaraq deyib: "Əgər Livanda müqavimət cəbhəsi olmasaydı və İsrailin işğalçılıqları qarşısında dayanmasaydı, bu gün Livan xalqı öz ölkələrinin tarixini unutmuş olardılar."

BMT-nin baş katibi Antonio Quterreş Hizbullahın Livanı müharibəyə sürüklədiyini deyib. 

Livan prezidenti İsrail başçılarının Ərəb ölkələrinə səfər etmələrinə icazənin verilməsini qınayaraq, deyib: Bu məsələ birbaşa olaraq Ərəb ölkələrinin mövqeyinin zəifləməsinə xidmət edir.