İhud Barak: Netanyahu Qəzzə qarşısında aciz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327968-İhud_barak_netanyahu_qəzzə_qarşısında_aciz_qalıb
Sionist rejimin sabiq müharibə naziri Qəzzə zolağında toqquşmalrın dayandırılmasından kəskin qəzəblənərək bu rejimin baş nazirini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2018 18:00 Asia/Baku
  • İhud Barak: Netanyahu Qəzzə qarşısında aciz qalıb
    İhud Barak: Netanyahu Qəzzə qarşısında aciz qalıb

Sionist rejimin sabiq müharibə naziri Qəzzə zolağında toqquşmalrın dayandırılmasından kəskin qəzəblənərək bu rejimin baş nazirini qınayıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejimin keçmiş müharibə naziri Ehud Barak bildirib ki, Benyamin Netanyahunun acizliyi tam bəllidir və indiyədək təhdidlərlə onun əməli tədbirləri arasında bu qədər fərq olmamışdır. 

Barak  Sionist rejim başçılarının 48 saat ərzində HƏMAS-ı məğlub etməyə qadir olduqlarını bildirdiklərinə toxunaraq deyib: Əməldə isə bu hərəkat qarşısında təslim oldular və Qəzzə zolağının ətraf ərazilərində yaşayan yəhudilərə laqeyd yanaşdılar. 

Fələstin müqavimətinin son əməliyyatının ilk nəticəsi sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefa verməsi oldu. 

Sionist rejimin Yəhud Evi Partiyası bildirib ki, müharibə naziri olmadan nazirlər kabinetinin fəaliyyəti davam etməyəcək.