Noy 25, 2018 11:00 Asia/Baku
  • Hələbə qarşı kimyəvi hücumlarında yaralananların sayı artıb
    Hələbə qarşı kimyəvi hücumlarında yaralananların sayı artıb

Terrorçuların Suriyanın Hələb şəhərində yerləşən Əlxalidiyyə və "Cəmiət-ul-Zəhra" məntəqələrinə qarşı kimyəvi hücumlarında yaralananların sayı yüz nəfərə çatıb.

Terrorçular şənbə günü gecə Hələb şəhərinin yaşayış məntəqələrini xlor qazına malik raketlərlə hədəfə alıblar.

Terrorçuların Hələbə qarşı hücumu nəticəsində bir çox Suriya vətəndaşı xlor qazı ilə tənəffüs nəticəsində boğuntu halına düşdüyünə görə, xəstəxanaya köçürülüb.

Terrorçular bundan öncə də Suriyanın müxtəlif məntəqələrində, o sıradan "Xan Şiyxun" və "Şərqi Qutə"də kimyəvi silahlardan istifadə ilə Dəməşqi bu hücumları törədən amil kimi təqdim etməyə çalışdılar ki, bu yolla Qərbin Suriyaya qarşı hərbi hücumu üçün bir bəhanə yaranmış olsun, lakin informasiya mənbələrinin dəqiq ifşaçılıqlarına görə, terrorçuların nəhs planı uğursuz qaldı.

Bir çox ekspert Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə ittihamlandırmağı Suriya ordusunun son qələbələri ilə paralel şəkidə ümumi fikri yayındırmaq və gerçəklikləri tərsinə göstərmək üzrə səy adlandırır.

Suriyada böhran region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin, o cümlədən İngiltərə və Fransanın dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə 2011-ci ildə başlanıb.

 

Teqlər