Sionit rejimin əsirliyindən azad edilən yeniyetmələr bu rejim məhbəslərində ağır işgəncələrdən danışıblar
İki fələstinli yeniyetmə üç il müddətində sionist rejim həbsxanalarında saxlanıldıqdan sonra azad ediliblər.
Əl-Yəum telekanalının verdiyi məlumata görə, 2015-ci ildə 12 yaşında ikən sionist rejim hərbçiləri tərəfindən həbs edilmiş Şadi Fərrah və Əhməd Əl-Zətəri dünən azad ediliblər.
Şadi Fərrah azad edildikdən sonra deyib: İşğalçı rejim fələstinli məhbusları daima işgəncə edir və məhbuslara qarşı işgəncə xəbərlərinə sinzura tətbiq edir.
Əhməd Əl-zətəri də deyib: Sionist rejim həbsxanalarında fələstinli məhbuslar ölümünə işgəncə edilir.
Fələstinli əsirlər üzrə təşkilatın bildirdiyinə görə, sionist rejim cari milad ilində təxminən min fələsitnli yeniyetməni həbs edib və hal-hazırda 300 fələstinli gənc və yeniyetmə bu rejimin məhbəslərində saxlanmaqdadır.