Sionist rejim polisi Netanyahuya qarşı cinayət işinin açılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329293-sionist_rejim_polisi_netanyahuya_qarşı_cinayət_işinin_açılmasını_istəyib
Sionist rejim polisi Netanyahunun korrupsiyası barədə yetərli sənədlər əldə etdiyini bildirərək, bu rejimin prokurorluğundan korrupsiyaya görə, baş nazirə və arvadına qarşı cinayət işi açmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2018 14:18 Asia/Baku
  • Sionist rejim polisi Netanyahuya qarşı cinayət işinin açılmasını istəyib
    Sionist rejim polisi Netanyahuya qarşı cinayət işinin açılmasını istəyib

Sionist rejim polisi Netanyahunun korrupsiyası barədə yetərli sənədlər əldə etdiyini bildirərək, bu rejimin prokurorluğundan korrupsiyaya görə, baş nazirə və arvadına qarşı cinayət işi açmasını istəyib.

Sionist rejim polisinin bugünkü tələbi Benyamin Netanyahunun "4000" işinə aiddir. Bu işə əsasən, o, "Bezek" şirkətinin sahibi Şaul Elviçə milyonlarla dollarlıq kredit verməkdə və özü və ailə üzvləri üçün "Valla" xəbər portalının media dəstəyini əldə etməkdə ittiham olunur.

Sionist rejim polisi əlavə edib: Polisin ixtiyarında "Bezek" şirkəti başçılarının qanunsuz hərəkətləri barədə də yetərincə fakt mövcuddur.