Təl-Əvivdə qadınlara qarşı zorakılıq əleyhinə aksiya keçirilib
İşğal olunmuş Fələstinin bir qrup sakini "Rabin" meydanında qadınlara qarşı zorakılıq və cinayətlər əleyhinə aksiya keçirib.
İşğal olunmuş Fələstinin sakinləri, ictimai fəallar və qurban edilmiş qadınların yaxınlarından onlarla nəfər dünən gecə Təl-Əvivdə aksiya keçirərək, qadınlara qarşı zorakılıq və təcavüzü pisləyibdir. Onlar bu cinayətlərin amillərinin mühakimə olunmalarını istəyiblər.
Dünən meriyalar kimi onlarla orqan, təşkilat və məktəb qadınlara qarşı zorakılıq və cinayətlər əleyhinə tətil keçirib.
Qadınlara qarşı zorakılıq ilə müxalifət ilə bağlı fəaliyyətlər cari həftədə başlanaraq, dünən özünün kulminasiya nöqtəsinə çatıb. Statistikaya görə, cari milad ilinin əvvəlindən bəri işğal olunmuş Fələstində təqribən 24 qadın qətlə yetirilib.
Son zamanlar işğal olunmuş ərazilərdə qadınların, xüsusən bu rejim ordusundakı qadın hərbçiərin zorlanmaları barədəki təsvirlər işğal olunmuş ərazilərdə həmin sosial problemlərə qarşı həssaslıqların artmasına bais olubdur.