Fələstinlilər Amerikanın Həmas əleyhinə qətnamə layihəsinə qarşı aksiya keçiriblər
Qəzzə zolağının müxtəlif məntəqələrinin sakinlərindən minlərlə nəfər Amerikanın Fələstin İslami Müqavimət Hərəkatı- Həmas və fələstinlilərin müqaviməti əleyhinə qətnamə layihəsinə qarşı aksiya keçirib.
Həmas-ın siyasi bürosunun üzvü Suhəyl Hindi dünən aksiyaçılar qarşısında deyib: Fələstinlilərin sionist rejim qarşısındakı müqaviməti qanuni bir haqq olaraq, bütün beynəlxalq və humanist qanunları rəsmi şəkildə tanıyır.
Həmas-ın bu üzvü söyləyib: Bütün vasitələrdən istifadə edərək, işğalçıların cinayətləri qarşısında özünü müdafiə etmək Fələstin xalqının haqqıdır və Amerikanın müqaviməti pisləmək üzrə səyləri nəticəsiz qalacaqdır.
Fələstin İslami Cihad Hərəkatının üzvü Musəyyib Bərim də vurğulayıb: Amerikanın qətnamə layihəsi nəticəsiz qalacaq və Birləşmiş Ştatlar müqavimətin himayədarı olan Fələstin xalqının iradəsi qarşısında geri çəkilməyə məcbur olacaqdır.