Dek 09, 2018 21:30 Asia/Baku
  • Ər-Riyad Yəmən sülh müzakirələrində pozuculuq törədir
    Ər-Riyad Yəmən sülh müzakirələrində pozuculuq törədir

Səudiyyə Ərəbistanı İsveçdə cərəyan edən Yəmən sülh müzakirələrindən sui-istifadə edərək, bu ölkəyə qarşı hücumlarını daha da artırıb. Müzakirələrdə əliboş iştirak edən Səudiyyə rejimi bu hücumlarla Yəmən heyətinə təzyiq göstərmək və müzakirələrin gedişində pozuculuq törətmək istəyir.

Yəmən böhranı ilə bağlı İsveçdə cərəyan edən sülh müzakirələri ilə bir vaxtda və Yəmən xalqının ağrı və acılarının azaldılması üçün Ər-Riyadın başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələrinin hava hücumlarının dayandırılması müqabilində, Yəmənli qüvvələrin raket hücumlarını dayandırmalarına dair təklifin irəli sürüldüyü bir vaxtda Ərəbistan qırıcıları Əl-Hudəydə vilayətində sivil əhaliyə qarşı hücumları davam etdirirlər. Səudiyyə rejiminin ən son cinayətində Rəbəsə şəhərinin bombardman edilməsi nəticəsində bir neçə uşaq və qadın daxil olmaqla 6 nəfər həyatını itirib. Sahil sularında balıq tutmaqla məşğul olan 4 yəmənli balıqçı da Ərəbistan qırıcılarının hücumundan amanda qala bilməyib. Ərəbistanın Yəmənə qarşı təcavüzlərinin başlandığı zamandan 252 yəmənli balıqçı birbaşa hücum nəticəsində həyatını itirib.

Yəmənli analitik deyir: “Səudiyyəlilər indiyə kimi yəməndə istədikləri cinayəti törədiblər. İsveçdə çərəyan edən sülh müzakirələri ilə bir vaxtda yəmənli balıqçıların hədəfə alınmasından aydın olur ki, Ərəbistan müzakirələrdə ciddi deyil. Səudiyyə rejiminin pulu var və dünya ictimaiyyəti də puluna görə bu rejimi dəstəkləyir.”

Yəmənli müzakirə heyətinin atəşkəs təklif etməsinə baxmayaraq, təcavüzkar tərəf sülh müzakirələrinə əhəmiyyət verməyərək, Yəməndə yaşayış massivlərinə qarşı hücumlarını daha da artırıb.”

Paytaxt Sənanın yaxınlığında yerləşən Nihin şəhəri son günlər intensiv hücumların şahididir. Həmçinin, muzdlu qüvvələrə dəstək vermək üçün Məarib vilayətinə yeni hərbi bölmələr göndərilib.

Yəmən ordusunun sözçüsü deyir: “Təcavüzkarlar İsveçdə cərəyan edən sülh müzakirələrindən sui-istifadə edərək, Nihim şəhərinə qarşı geniş hərbi əməliyyatlara başlayıblar. Onlar bu yolla müzakirələrdə bizə təzyiq göstərmək istəyirlər. Onlar savaş meydanında heç bir uğur əldə edə bilmədikləri üçün müzakirələrdə də zəif mövqedədirlər. Buna görə də qarşıdan gələn günlər ərzində xüsusilə Hüdeydə vilayətinə qarşı hücumların daha da artacağı proqnoz edilir. Əgər onlar müzakirələrə sadiqdirlərsə, o zaman Yəmənə qarşı hücumları dərhal dayandırmalıdırlar.”

Yəmən xalqı İsveçdə sülh müzakirələrinin başlanması ilə humanitar yardımların ölkəyə daxil olmasına icazənin verilməsi, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hava və dəniz limanlarının mühasirəsinə son qoyulmasını istəyir.   

 

Teqlər