Bəşşar Əsəd: Ərəb ölkələri mentalitet böhranı ilə üz-üzədirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329891-bəşşar_Əsəd_Ərəb_ölkələri_mentalitet_böhranı_ilə_üz_üzədirlər
Suriya prezidenti: Ərəb dünyası ərəb etnoslar arasında mentalitet böhranı ilə üzləşib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 10, 2018 18:34 Asia/Baku
  • Bəşşar Əsəd: Ərəb ölkələri mentalitet böhranı ilə üz-üzədirlər
    Bəşşar Əsəd: Ərəb ölkələri mentalitet böhranı ilə üz-üzədirlər

Suriya prezidenti: Ərəb dünyası ərəb etnoslar arasında mentalitet böhranı ilə üzləşib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd "Əmman" qəzetinə verdiyi müsahibədə əksər Ərəb ölkələrində pozğunluğun artmasına işarə edərək, bəzi mentalitetlərin Ərəb ölkələrində böhran yaratmasına dair xəbərdarlıq edib. 

Suriya prezidenti mentalitet böhranının həll edilməsində Türkiyə və Rusiya təcrübələrinə işarə edərək, deyib: Suriya müharibəsinin də bir parçası olduğu gələcək müharibələri önləmək üçün bu böhranın önlənilməsi lazımdır. 

Bəşşar Əsəd əlavə edib: Ruslar da Sovet İttifaqının süqut etməsindən sonra vətənpərvərliyə zidd olan "Amerika sevdası" böhranı ilə üzləşmişdi. Amma, Vladimir Putinin prezidentilyi dönəmində ruslar arasında vətənpərvərlik ruhu yenidən canlandı.