Dek 13, 2018 20:40 Asia/Baku
  • Yəmənli qruplar bir həftə sürən müzakirələrin sonunda anlaşmaya nail oldular

Yəmənin Ənsarullah hərəkatının İsveçin paytaxtı Stokholmda cərəyan edən sülh müzakirələrindəki nümayəndə heyətinin sədri müzakirələrin nəticəsindən razılıq ifadə etdi.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının müzakirə heyətinin sözçüsü Məhəmməd Əbdüssəlam cümə axşamı Stokholm müzakirələrinin başa çatmasından sonra verdiyi açıqlamada dedi: Əl-Hudəydə vilayətində atəşkəsin elan edilməsinə dair əldə edilən razılıq insanlıq adına bir qələbə sayılır.

Məhəmməd Əbdüsssəlam əlavə edib: Bu dövrkü müzakirələrin nəticəsi müsbət idi və əgər əldə edilmiş anlaşmaya sadiq qalarlarsa, Yəməndə ümumi atəşkəslə bağlı razılıq da əldə edilə bilər.

Ənsarullahın müzakirə heyətinin sədri həmçinin deyib: Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməni mühasirədə saxlaması heç bir qanuna və əxlaq normalarına sığmır.

Yəmən sülh müzakirələrində iştirak etmək üçün İsveçə səfər edən BMT-nin baş katibi Antoniyo Quterreş də müzakirə tərəflərinin çox yaxşı bir anlaşmaya nail olduqlarını deyərək, Əl-Hudəydə limanı və Təhiz şəhərinə humanitar yardımların çatdırılması habelə, bu iki şəhərdə toqquşmaların azaldılmasına dair razılığın əldə edildiyini bildirib.

Yəmən sülh müzakirələrinin dördüncü mərhələsi İsveçin paytaxtı Stokholmda öz işini başa vurub. Bir həftə davam edən bu müzakirələrdə nisbi uğur əldə edilsə də, Ərəbistan daha öncə sülh müzakirələrinin gedişində daim pozuculuq törətməklə Yəmən böhranının həllinə və bu ölkədə sülhün bərqərarına mane olub.

Teqlər