İsveçdə yəmənli qrupların razılaşmasına reaksiya
-
İsveçdə yəmənli qrupların razılaşmasına reaksiya
Yəmənli qrupların İsveç müzakirələrindəki razılaşması regional və regiondankənar oyunçuların rəğbəti və reaksiyası ilə üzləşibdir.
Yəmən milli qurtuluş hökumətinin tabeliyində olan heyət ilə istefa vermiş hökumətin tabeliyində olan heyət arasında Yəmən böhranı barədə İsveç sülh müzakirələri bir həftədən sonra başa çatıb.
Yəmən sülh müzakirələrində iştirak üçün İsveçə səfər etmiş BMT-nin baş katibi Antonio Quterreş bu müzakirərdə iştirak edən yəmənli qrupların əl-Hudəydə əyaləti və Təiz şəhərində atəşkəs, humanitar yardımların göndərilməsi və əsirlər mübadiləsi barədəki razılığından xəbər verib.
ABŞ dövlət departamenti bu gün səhər bir bəyanatda İsveç müzakirələrini Yəməndə yeni fəslin başlanması və sülhün reallaşması üçün mühüm ilkin addım adlandırıb.
Ərəbistanın ABŞ-dakı səfiri Xalid bin Salman və əmirliklərin xarici işlər üzrə müşavir naziri Ənvər Qərqaş da oxşar ifadələrdə iddia ediblər ki, bu razılaşmanı himayə ediblər.
ABŞ, Ərəbistan və əmirliklərin İsveç sülh müzakirələrini himayə etmələri elə bir haldadır ki, səud qırıcıları ötən həftə ərzində də Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarını davam etdiriblər.
Belə bir halda, İran İslam Respublikası İsveç razılaşmasını alqışlayıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Yəmən sülh müzakirələrinin nəticələrini müsbət və ümidverici adlandırıb.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini İran İslam Respublikasının himayə xarakterli mövqeyini və BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qrifitsin addımlarını yüksək dəyərləndirərək, deyib: İran bu razılaşmanın əldə olunmasında mühüm rol oyanıyıbdır.